Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılır
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə başlanacaq. Artıq sistemin tətbiqi ilə bağlı pilot rayonlar seçilib. Bazar ertəsindən Quba və Şəkidə fermerlərin məlumatlarının sistemə daxil edilməsi prosesinə start veriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, fermerlər məlumatları sistemə özləri daxil etməlidir: “Pilot olaraq seçilmiş rayonlarda fermerlər üçün yeni sistemin təqdimatı keçiriləcək, qeydiyyat proseduru, funksiyalardan istifadə qaydaları izah olunacaq. Bununla bağlı maarifləndirmə prosesinə Dövlət Aqrar İnkişaf mərkəzləri, Aqrar İnkişaf Könüllüləri, təlimçilər cəlb ediləcək. Fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra pilot olaraq seçilmiş bölgələrdə ilkin məlumat bazası formalaşdırılacaq. Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq”.
Vüqar Hüseynov əlavə edib ki, maarifləndirmə işləri Dövlət Aqrar İnkişaf mərkəzlərində, “ASAN xidmət” mərkəzlərində, Səyyar “ASAN xidmət”lərdə aparılacaq: “Quba və Şəkidə yaşayan fermerləri bu prosesdə fəal olmağa çağırırıq. Fermerlər EKTİS-də qeydiyyatdan keçdikdən sonra mülkiyyətlərində olan, əkin apardıqları sahələrin koordinatlarını, əkdikləri məhsulu, məhsuldarlıqla bağlı proqnozu sistemə daxil etməlidir. Onlara, həmçinin EKTİS-də yaratdıqları şəxsi kabinetlərində xidmət sifariş etmək, şikayət etmək funksiyaları da izah olunacaq”.
Yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır. “Bu sistem fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərimizi ümumiləşdirilmiş şəkildə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”, - deyə nazirlik rəsmisi bildirib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb