logo

“Azərişıq”  “ASAN Kommunal”a mediatur təşkil edib

13:59 15-02-2019 | icon 3192
“Azərişıq”  “ASAN Kommunal”a mediatur təşkil edib

Fevralın 15-də “Azərişıq” ASC 1 saylı “ASAN Kommunal”a mediatur təşkil edib. 

YeniAvropa xəbər verir  ki, qurumun perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli ASC-nin 1 saylı “ASAN Kommunal” mərkəzindəki fəaliyyətindən danışıb.

Bildirib ki, prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də “Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanda dəyişiklik edib. Fərmanın 1.4 bəndinə dəyişiklik edilərək, prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 20 günə endirilib. Əvvəlki qaydaya əsasən, həmin prosedurların sayı 7, elektrik şəbəkəsinə qoşulma müddəti isə 41 gün idi.