logo

21 şirkətimiz “Gulfood 2019” beynəlxalq sərgisində iştirak edəcək

13:10 15-02-2019 | icon 3402
21 şirkətimiz “Gulfood 2019” beynəlxalq sərgisində iştirak edəcək

Fevralın 17-21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2019” beynəlxalq qida sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən  YeniAvropa-ya bildirilib ki, sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək.