2018-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 44,9 milyard ABŞ dolları təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Qeyd edilib ki, 2018-ci ildə xarici sektordakı müsbət proseslər özünü ölkənin xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib. Belə ki, keçən il ölkənin strateji valyuta ehtiyatları 44,9 milyard dollar təşkil edib.
Bildirilib ki, Azərbaycanın strateji ehtiyatlar 31 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3 dəfə, manatla geniş pul kütləsini isə 5,3 dəfə üstələyib.