Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı 11 büküm heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən, qohumu əvvəllər məhkum olunmuş paytaxt sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib. Həmin şəxsin üzərindən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
S.Mirzəyevdən 50 qram, V.Həsənovdan 1 kiloqram 50 qram narkotik vasitə və elektron tərəzi də aşkarlanaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.