logo

Azərbaycan şirkətləri öz məhsullarını Rusiyaya ixrac edəcək

12:07 14-02-2019 | icon 3283
Azərbaycan şirkətləri öz məhsullarını Rusiyaya ixrac edəcək

Bir neçə Azərbaycan şirkəti öz məhsullarını Rusiyaya ixrac edəcək.

İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Moskvada keçirilən “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıq əldə olunub. Belə ki, Azərbaycanın “Azhazelnut” şirkəti 21 ton fındığın, “A+Co” şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıb. “Cəlilabad Şərab-2” şirkəti ilə 2 Rusiya şirkəti arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.

Bundan başqa, Azərbaycanın “Gilan Agro and FMCG Group” şirkəti konserv məhsullarının, “Cuve” şirkəti fındığın, “Aznar” şirkəti nar şirəsinin, “D fruits” şirkəti konservləşdirilmiş meyvə və meyvə qurularının, “Tac” şirkəti sərinləşdirici içkilərin, “Buta Agro” şirkəti isə istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəlib.

Qeyd edək ki, “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisi fevralın 15-ə kimi davam edəcək.