Abşeron rayon Polis İdarəsinə fevralın 11-də saat 3 radələrində Novxanı qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində quraşdırılmış bankomatdan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.
YeniAvropa xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov Baş Cinayət Axtarışı və Abşeron rayon Polis idarələrinin əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.