Ötən ilin sonuna "BP" şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2 min 534 nəfər təşkil edib. YeniAvropa xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
“2014-cü ildən bəri "BP"nin keçən ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. "BP" çox məmnundur ki, bu öhdəlik ilin ortasına yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir”, - deyə məlumatda bildirilir.
"BP" öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.