"Bakcell" və "PwC" xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün səylərini birləşdirir
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi“İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsinə start verib. Bu haqda YeniAvropa-ya "Bakcell" şirkətindən bildirilib.Məlumatda qeyd olunub ki, bu il, "Bakcell" şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlmiş bu layihənin həyata keçirilməsi üçün aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan “PwC Azərbaycan” ilə səylərini birləşdirir. "Bakcell" və "PwC" şirkətlərinin əməkdaşlığı sayəsində bu layihə üzrə bütün fəaliyyətlərmaliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradacaq.
“Biz inanırıq ki xüsusi qayğıya ehtiyacı olan bütün uşaqlar cəmiyyətimizin tam hüquqlu üzvləridir. "Bakcell" şirkəti olaraq bu uşaqların öyrənməsi, yeni bacarıqlar əldə etməsi və hətta yaradıcılıqla məşğul olmasına imkan yaratmaq üçün əlimizdən gələni edirik. Bizim əsas məqsədlərimizdən biri də bu gözəl balalarımıza həyatda öz yerlərini tapmaqda, cəmiyyətin vacib bir hissəsinə çevrilməkdə və parlaq gələcəyə addımlar atmaqda dəstək göstərməkdir. Bu səbəbdən, sevinirik ki bu il PwC şirkəti “UAFA”nı və bu uşaqları dəstəkləmək üçün səylərimizi birləşdirmək təklifimizi böyük məmnuniyyətlə qəbul etdi.Əminəm ki, bu əməkdaşlıq nəticəsində biz daha çox uşağı sevindirməyə nail olacağıq” , -deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin yeni mərhələsi “UAFA”nın Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərindəkixüsusi qayğıya ehtiyacı olan uşaqlar üçünyeni imkanlar təmin etməkməqsədi daşıyır. Layihə zamanı 80 nəfərdən çox uşaq öz maraq və seçimləri əsasında yeni bacarıqlara sahib olmaqla yanaşı, istedadını müxtəlif tədbirlərdə nümayiş etdirə biləcəklər.
““PwC Azərbaycan”şirkəti olaraq biz müxtəlifliyə hörmətlə yanaşır və dəyər veririk. Biz əminik ki, müxtəlif mənşəli və müxtəlif düşüncəyə malik insanları bir araya gətirərək vətəndaşlarımız və cəmiyyətimizə daha böyük dəyər bəxş etməyə nail olacağıq. Bizim Bakıdakı ofisimizdə də fiziki məhdudiyyətləri olan insanlar çalışır və bununla yanaşı biz Azərbaycanın istedadlı uşaqlar və gənclərinin inkişafı üçün əlimizdən gələni edirik”, -deyə “PwC”nin idarəedici partnyoru Mövlan Paşayev bildirib.
"Bakcell" şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Həmin dərnəklərdə iştirak edən uşaqlar müxtəlif tədbirlərə dəvət olunub öz bacarıqlarını böyük həvəslə nümayiş etdirməklə özlərinə və onları alqışla qarşılayan tamaşaçılara böyük sevinc hissi bəxş edirlər. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb