Metronun “Xətai” stansiyasında yeni eskalatorlar quraşdırılır
Ötən ilin sentyabrın 27-də istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəz edilməsi məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanmış “Xətai” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi başlayıb.
“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, dekabrın ikinci ongünlüyündə sökülməsi başa çatmış “LT-2” tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə başlanılıb. Əvvəlcədən tərtib edilmiş plana əsasən, bu işlərə fevralda başlanmalı idi.
Təmir-yenidənqurma prosesinin ikinci mərhələsi çərçivəsində köhnə eskalatorların mühərriklərinin beton özülü dağıdılaraq stansiyadan daşınıb. Stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılır. Bu isə stansiyaya enib-qalxan sərnişinlərin təhlükəsizliyinin daha etibarlı, xidmət səviyyəsinin daha yüksək olması deməkdir.
Hər birinin çəkisi 4-8 tona bərabər olan bir neçə hissədən ibarət yeni eskalatorların quraşdırılmasına başlamazdan əvvəl maşın zalında aparılan söküntü işləri müddətində oradan verilən əlavə dayaqlar vestibül döşəməsinin möhkəmliyini artırır. Həmçinin bu müddətdə eskalator hissələrinin maili gedişə düzülməsi məqsədilə qaldırıcı konstruksiya da quraşdırılıb. Maili gediş boyunca tunelin metal geyiminin korroziyadan təmizlənərək, axıntıların qarşısının alınması məqsədilə tədbirlər görülüb, korroziya əleyhinə uzunömürlü, keyfiyyətli boya ilə rənglənmə işləri aparılıb. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra, maili gediş boyunca çətir örtüyün vurulmasına başlanılacaq.
Hazırda markşeydərlərin ciddi nəzarəti altında eskalatorların hissələri stansiyaya gətirilərək, yerinə qoyulur və quraşdırma işləri aparılır. Bakı metropoliteninin ən dərin stansiyası olan “Xətai”də eskalatorların uzunluğu 100 metrədək olacaq. Yeni eskalatorlar “LT-2” tipli köhnə analoqlarından fərqli olaraq, yeni maşınların mühafizə bloklarının sayı 2 dəfə çoxdur və bu da sərnişin təhlükəsizliyinin daha da yüksəldilməsinə xidmət edir.
Birçıxışlı olduğundan sərnişinlərin giriş-çıxışına bağlanmış stansiyada digər infrastrukturun da yenilənməsi prosesi plana uyğun qaydada aparılır. Artıq vestibülün eskalatorlara giriş meydançasında divar örtüyünün vurulmasına başlanılıb. Bu məqsədlə, əvvəlcə metal tor konstruksiya yığılır, daha sonra divarın mərmər örtüyü vurulur. Binanın fasad hissəsində də möhkəmləndirmə işlərinin 30 faizini yekunlaşmış hesab etmək olar. Uzunmüddətli istismar dövründə stansiyanın ikimərtəbəli binasında divarların gücləndirilməsi məqsədilə metal konstruksiya yığılaraq betonlanır. Stansiya damının izolyasiyası bu işlərə paralel olaraq aparılır. Stansiyanın ön hissəsindəki metal şəbəkələr planlı surətdə sökülərək bərpa olunur.
Vestibül və maşın zalı hissəsində yerləşən xidməti otaqlarda planlaşdırılmış təmir işləri aparılır, eləcə də stansiya avadanlıqlarının yenilənməsi, müasir yanğından mühafizə sistemləri və videomüşahidə şəbəkəsinin qurulması istiqamətində də tədbirlər başlayıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb