Bu gün Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Parkının açılış mərasimi keçiriləcək.
YeniAvropa yerli mətbuata istinadla birdirir ki, parkın salınması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.
Açılış mərasimində rəsmi şəxslər, diplomatlar, Türkiyə ictimaiyyətinin nümayəndələri, yerli sakinlər iştirak edəcəyi gözlənilir.