Sumqayıt şəhərinin 41-ci məhəlləsində kütləvi dava olub. YeniAvropa xəbər verir ki, insident nəticəsində dörd nəfər bıçaq xəsarəti alıb. Hadisə idmançı gənclər arasında mübahisə zəminində baş verib.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov KİV-ə müsahibəsində bildirib ki, yaralanan dörd nəfər - 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Ələsgərov Emin İlqar oğlu və 1995-ci il təvəllüdlü Kərimli Eltiram İnqilab oğlu dərhal əməliyyat olunublar. Hazırda onların vəziyyəti sabitdir, həyatlarına təhlükə yoxdur.
Şahidlərin sözlərinə görə, davada 30-a yaxın gənc iştirak edib.
Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.