Fevralın 9-da yerli vaxtla saat 20:35-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, zəlzələ 3 bala qədər hiss olunub.
Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:37-də Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.Zəlzələnin ocağı 11 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində bəzi yaşayış binalarında çatlar əmələ gəlib, qəzalı vəziyyətdə olan evlərdə və digər tikililərdə dağıntılar olub. Keçirilən baxış zamanı bu cür 35-dən çox bina müəyyənləşdirilib.