logo

“QAZ” avtomobillərinin bir hissəsi üçüncü ölkələrə ixrac olunacaq

15:47 09-02-2019 | icon 3206
“QAZ” avtomobillərinin bir hissəsi üçüncü ölkələrə ixrac olunacaq

Hacıqabul Sənaye Məhəlləsindəki “QAZ” avtomobil zavodunda istehsal olunacaq avtomobillərin bir hissəsi üçüncü ölkələrə ixrac ediləcək.

YeniAvropa xəbər verir  ki,  bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Rusiya texnologiyalarına əsaslanacaq zavodun gələn ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır: “Burada istehsal olunacaq avtomobillərin yarısı daxili bazarda satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac ediləcək. Zavodun açılması Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə də öz töhfəsini verəcək”.