2019-cu ildə Naftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə müsahibəsində bildirib.Onun sözlərinə görə, indiyədək zavodda 1250-dək avtomobil istehsal olunub və artıq satılıb. "Avtomobillərin 25-30 faizinin kreditlə, qalanının isə nağd şəkildə satışı həyata keçirilib”, - deyə Emin Axundov əlavə edib