TANAP-da 99 %, TAP da isə işlərin 84%-dən çox hissəsi icra olunub
SOCAR Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrin icra vəziyyəti açıqlayıb.
YeniAvropa xəbər verir ki, SOCAR-dan verilən məlumatda qeyd edilib ki, hazırda TANAP qaz boru kəmərinin Avropayadək hissəsi daxil olmaqla Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan həmin layihə üzrə işlərin 99 faizdən çox hissəsi icra olunub.
“TAP layihəsinin isə ümumilikdə 84 faizdən çoxu reallaşdırılıb. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi ilə bağlı bütün işlər yekunlaşmaq üzrədir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın hasil olunması üzrə görülən işlər artıq tamamlanıb, həmin layihənin avadanlıqları və qurğuları üzrə aparılan ümumi işlərin 92,5 faizi icra edilib”, - deyə SOCAR-dan bildirilib.
Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır və həmin ölkədən isə Avropaya nəql edəcək. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 1,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm cari ildə 2 milyard kubmetrə, 2020-ci ildə 4 milyard kubmetrə və 2021-ci ildə isə 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə boru kəməri bu il TAP boru kəmərinə birləşmək üçün hazır olacaq. Azərbaycan təbii qazının Avropaya nəqli 2020-ci ildə nəzərdə tutulur.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb