Azərbaycan Respublikası Hesablama Palatasının bu gün keçirilən kollegiya iclasında bir sıra auditor hesabatları müzakirə olunub.
YeniAvropa xəbər verir ki, Palatadan verilən məlumatda qeyd edilib ki, iclasda həyata keçirilmiş dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağstafa rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin, “Təmiz Şəhər” ASC-yə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.