logo

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb

20:49 08-02-2019 | icon 2688
İstirahət günlərinə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - fevralın 9-10-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 4-8°, dağlıq rayonlarda 0-4° isti olacaq.

Lənkəran-Astara bölgəsində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 6-9°, dağlıq rayonlarda 4-6° isti olacağı proqnozlaşdırılır.

Aran rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 7-10° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 5-9° isti olacağı ehtimalı var.

Paytaxtda yaxın iki gündə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, fevralın 9-da gündüz tədricən kəsiləcəyi, fevralın 10-da səhər və axşam bəzi yerlərdə çiskin olacağı proqnozlaşdırılır. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək, fevralın 10-da şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 6-9° isti olacağı bildirilir.