Ötən il 2017-ci illə müqayisədə İranla Azərbaycan arasında ticarət dövriyyəsində 73 faiz artım qeydə alınıb. Biz qarşıdakı illərdə qardaş Azərbaycanla ticarət dövriyyəsini bu il 5 milyard dollara çatdırmağı qarşımıza hədəf qoymuşuq. Bu, bir qədər çətin olsa da, birgə çalışmaqla buna nail ola bilərik.
YeniAvropa xəbər verir ki, bu fikri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranda İslam İnqilabının 40 illiyinə həsr olunan mətbuat konfransında səsləndirib.
Diplomat qeyd edib ki, bu gün İran-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. " Bu əlaqələr təkcə siyasi deyil, iqtisadi sahədə də özünü göstərir. Bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq bizi sevindirir. Lakin bu əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır",-deyə səfir vurğulayıb.