Yeni binada mənzil almaq istəyənlər çıxarışın mövcudluğunu onlayn öyrənə biləcəklər
Yeni inşa edilmiş yaşayış binasında mənzil sahibi olmaq istəyən hər kəs daşınmaz əmlaka dair çıxarışın verilib-verilməyəcəyi ilə bağlı dəqiq məlumatı əvvəlcədən öyrənə bilər.
YeniAvropa xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib. Qeyd edilib ki, bu, komitə tərəfindən vətəndaşların istifadəsinə verilmiş “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı elektron xidmət ilə mümkündür.
Mənzil alınmasından öncə elektron xidmətdən faydalanmaq istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 8-ci elektron xidmət olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. Hər bir vətəndaş onu maraqlandıran daşınmaz əmlakın ölkə üzrə yerləşdiyi şəhər, rayon, qəsəbə və ya kəndi müvafiq bölmələrə daxil etməlidir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə etmək mümkündür.
Xidmətin əsas üstünlüyü odur ki, istənilən şəxs seçdiyi mənzilə dair çıxarışın olub-olmadığını əvvəlcədən vaxt itirmədən, onlayn formada öyrənir. Bununla da mənzil aldıqdan sonra vətəndaş və tikinti şirkətləri arasında qeydiyyat zamanı yarana biləcək problemlərin qarşısı alınır. Daşınmaz əmlaka dair çıxarışın mövcudluğundan əmin olduqdan sonra etibarlı və leqal mənzil alan şəxs gələcəkdə əmlakından rahatlıqla istifadə edə bilir. Bu xidmət vətəndaşların mənzil alarkən əlavə ünvanlara müraciətinin qarşısını alır, eləcə də vətəndaş-məmur ünsiyyətini minimuma endirir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb