logo

Gürcüstandan Azərbaycana ərzaq məhsullarının arasında güllə keçirmək istədi

13:57 08-02-2019 | icon 2870
Gürcüstandan Azərbaycana ərzaq məhsullarının arasında güllə keçirmək istədi

Ərzaq məhsullarının arasında güllələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib. Qeyd edilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “Mercedes Benz S350” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Şifahi sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində olan ərzaq məhsullarının arxasında - sellofan torbada, üzərində “Premium LEPUS JK6 cal 12” yazılan 150 ədəd ov tüfəngi gülləsi, üzərində “Exact heavy diabolo cal 177” yazılan 1000 ədəd tir tüfənginin gülləsi və 4200 ədəd pnevmatik tapança gülləsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.