logo

“Abşeron”da qazılan ilk quyu 7400 metrdən dərin olacaq

22:59 07-02-2019 | icon 3535
“Abşeron”da qazılan ilk quyu 7400 metrdən dərin olacaq

Heydər Əliyev adına yarımdalma qazma qurğusu “Abşeron”da ilk quyunu ilin üçüncü rübündə tamamlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə  SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. 

“SOCAR-ın Heydər Əliyev adına yarımdalma üzən qazma qurğusu ötən ildən “Abşeron” yatağındakı ilk quyuda qazma işinə başlayıb. Bu quyunun dərinliyi 7400 metrdən çox olacaq. Qazma işləri bu ilin üçüncü rübündə tamamlanacaq. Daha sonra həmin qurğu “Şəfəq-Asiman” layihəsi çərçivəsində axtarış quyusunda qazmaya başlayacaq”, - deyə R.Abdullayev vurğulayıb.

Qeyd edək ki, “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qazı və 45 milyon ton kondensat həcmində ölçülür.