2018-ci ildə 8 nəfər vəzifəsindən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
YeniAvropa xəbər verir ki, bu barədə fevralın 7-də baş prokuror Zakir Qaralov Baş Prokurorluğunun mərkəzi aparatı, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasında çıxışı zamanı məlimat verib.
Zakir Qaralov daha sonra qeyd edib ki, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib.