“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu bu gündən etibarən müvəqqəti bağlanılır.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, qoruqda aparılacaq profilaktik işlərlə əlaqədar fevralın 9-dək ziyarətçi qəbul edilməyəcək.
Qoruq fevralın 10-dan başlayaraq yenidən öz fəaliyyətini bərpa edəcək.