logo

Azərbaycan məhsulları Berlində nümayiş etdirlir

22:59 06-02-2019 | icon 3010
Azərbaycan məhsulları Berlində nümayiş etdirlir

Fevralın 6-da Almaniyanın paytaxtı Berlində öz işinə başlayan “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində Azərbaycan məhsulları da nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisi fevralın 8-də başa çatacaq.