logo

Azərbaycan şərabları Belçika, Çin və Qazaxıstana ixrac ediləcək

16:10 06-02-2019 | icon 2940
Azərbaycan şərabları Belçika, Çin və Qazaxıstana ixrac ediləcək

Azərbaycan şərabları Belçika, Çin və Qazaxıstana ixrac olunacaq.

Azərbaycan Sənaye Korporasiyasından YeniAvropa-ya bildirilib ki, Azərbaycanın şərab istehsalçısı “ASK Şəki Şərab” “Bouquet Sheki” və “Askona” adlı brendlərini təqdim edəcək. “Bouquet Sheki” və “Askona” brendləri adı altında Azərbaycanda yığılmış “Rkatsiteli”, “Saperavi”, “Mədrəsə”, “Muskat”, “Şardone” və “Merlo” kimi üzüm sortlarından şərablar istehsal olunacaq. Yüksək keyfiyyətli bu şərablar tamamilə Azərbaycan istehsallıdır və Avropa texnologiyalarına uyğun hazırlanıb. Yaxın günlərdə yeni şərablar ölkənin bütün iri ticarət obyektlərində təqdim ediləcək.

Bununla yanaşı, zavod Belçika, Çin və Qazaxıstana şərab ixracını təşkil etməyi planlaşdırır. İstehsal olunan şərablardan nümunələr Belçika, Çin, Qazaxıstana göndərilib və məhsullar yüksək qiymət alıb. Bu ölkələrdən olan şirkətlərlə müqavilələrin bağlaması da nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildə “ASK Şəki Şərab” zavodu 724,9 ton üzüm qəbul edib və 500 min litr şərab məhsulu hazırlayıb. 2011-ci ildə yaradılan “ASK Şəki Şərab” şirkəti Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsidir.