logo

Tehran-Bakı aviareysi ləğv edildi

10:31 06-02-2019 | icon 2632
Tehran-Bakı aviareysi ləğv edildi

Fevralın 6-da həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.YeniAvropa Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 09:15-də “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 10:30-da Bakıdan Tehrana “W5 1131” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.