Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatina görə, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.