logo

Lerikdə 3.9 bal gücündə zəlzələ olub

21:30 05-02-2019 | icon 2982
Lerikdə 3.9 bal gücündə zəlzələ olub

Fevralın 5-də Yardımlı stansiyasından 24 kilometr şimal-şərqdə - Lerik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:24-də qeydə alınıb.

Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın rayonlarda 3 bala qədər hiss olunub.