Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirərək üzərində qanunsuz narkotik maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini M.Babazadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, şəxsi axtarış zamanı ondan çəkisi 518 qramdan artıq heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.