Çeyz Keri: Azərbaycan Formula-1 yarışı üçün ideal məkandır
Azərbaycanın Formula-1 yarışı üçün ideal məkandır. Çox şadıq ki, bu müqaviləni yeniləməklə biz "Azərbaycan Qran-Pri"sini daha bir neçə il ərzində Formula-1 dünya çempionatında görə biləcəyik. Və Formula-1 "Azərbaycan Qran-Pri"si 2023-cü ilədək Bakıda təşkil ediləcək.
YeniAvropa xəbər verir ki, bu fikri fevralın 5-də Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla müqavilənin uzadılmasına dair imzalanma mərasimindən sonra çıxışı zamanı bildirib.
Çeyz Keri deyib ki, Bakı yarışı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddətdə mövsümün ən məşhur "Qran-pri"lərindən birinə çevrilib. : "Azərbaycan daim yüksək qonaqpərvərlik nümayiş etdirir. Gözoxşayan Bakıda isə mükəmməl yarış üçün möhtəşəm ab-hava hökm sürür. Bu baxımdan bütün avtoidman həvəskarlarını çox maraqlı yarışı qaçırmamaq üçün Formula-1 "Azərbaycan Qran-Pri"sinə baxmağa dəvət edirəm”.
"Azərbaycan Qran Pri"sinin keçirilməsinə dair müqavilənin müddətinin uzadılmasından məmnunluğunu bildirən A.Rəhimov deyib: “Bu bizim üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıda keçirilən Formula-1 yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu ən maraqlı yarış həftəsonlarından birinə çevrilməsinə hamılıqla şahid olduq. Həmçinin bu yarışlarda biz Formula-1 yarışının ən maraqlı məqamlarını da müşahidə edə bildik”.
Nazir vurğulayıb ki, hər ötən il dünyanın müxtəlif ölkələrindən Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur. Biz şadıq ki, dünya avtoidman ictimaiyyəti "Azərbaycan Qran Pri"sinə böyük maraq göstərir. A.Rəhimov bu uğurun qazanılmasında göstərdikləri böyük dəstəyə görə Çeyz Keri başda olmaqla Formula-1 Qrupunun kollektivinə təşəkkürümü bildirib.
“Müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları Formula-1-in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən, yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər. Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum səviyyədə artıra biləcəyik. Bu fürsəti nəzərə alaraq, deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb. Biz böyük məmnuniyyətlə builki yarış da daxil olmaqla daha 5 "Qran-Pri"yə ev sahibliyi etməyə hazırıq”, - deyə A.Rəhimov bildirib.
Qeyd edək ki, Bakıda ilk dəfə Formula-1 Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-priləri arasında yer alır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb