logo

Hacıqabul rayonunda icazəsiz ov edən əcnəbi vətəndaş cərimələnib

11:04 05-02-2019 | icon 2478
Hacıqabul rayonunda icazəsiz ov edən əcnəbi vətəndaş cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşı saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, araşdırma zamanı brakonyerin Qətər vətəndaşı Ali Hamed SK Alsalamid olduğu müəyyənləşib.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib edilib və o, 2000 manat məbləğində cərimələnib. Ondan Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 bəzgək quşu götürülərək təbiətə buraxılıb.