Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində mütəmadi qaydada həyata keçirilən əməliyyat və profilaktiki tədbirlər uğurla nəticələnir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri tədbirlər nəticəsində Ağdam rayon sakini Z.Zeynalov tapdığı “Kalaşnikov” markalı pulemyotu, 4 patron darağını və 145 patronu könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.