İllərdir ev almaq üçün əziyyət çəkib topladığı pulu, Bakıda kirayədə yaşayan Bəhruz Bayramov elə ev almağa gedərkən itirib. YeniAvropa "Xəzərxəbər"ə istinadən xəbər verir ki,Bəhruz Bayramov içərisində 21 min 800 manat və 5 minat dəyərindəki qızılın olduğu əl çantasını valideynləri ilə birlikdə alacaqları evə baxmağa gedərkən itirib.Hadisə Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində baş verib.
Bəhruz Bayramov deyir ki, uzun illər ailəsi ilə birlikdə Nərimanov rayonunda yaşayıb. Evləri plana düşdüyü üçün onlara 20 min manat kompensasiya verilib. Bu pulun qarşısılığında yeni ev almaq qərarına gəliblər. Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat verəcəyini deyir.