Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar Özbəkistanda "Namanqan Gül Festivalı" çərçivəsində mayın 24-26-da Daşkənddə keçiriləcək "Flowers & Garden Expo Uzbekistan" beynəlxalq sərgisində iştiraka dəvət olunur.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından bildirilib. Qeyd edilib ki, sərgidə gül, bitki və toxumlar, gülçülük və dizayn, bağ dekorasiyası, bağ və çəmənlik dekorasiyası, bağ və landşaft, istixanalar, model bağlar, bağ alətləri və aksesuarları, dekorativ əşyalar və aksesuarlar nümayiş ediləcək.
Sərgi Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyi, Daşkənd şəhər rəhbərliyi, Özbəkistanın Gül Bağbanları Assosiasiyası, Özbəkistan Ticarət və Sənaye Palatasının, "UZEXPSERVICE" MMC və Namanqan şəhər rəhbərliyinin birgə təşkilatçılığı və Özbəkistan hökumətinin dəstəyi ilə təşkil olunacaq.