logo

Taleh Ziyadov Çin şirkətlərini Bakı Limanında fəaliyyətə dəvət etdi

14:27 02-02-2019 | icon 3318
Taleh Ziyadov Çin şirkətlərini Bakı Limanında fəaliyyətə dəvət etdi

Çin şirkətlərini Bakı Limanında fəaliyyət göstərməyə dəvət edirik.

YeniAvropa xəbər verir  ki,  bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanı ilə Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə təşkil etdiyi Çinin Bahar Şənliyi Festivalında deyib.

O, bildirib ki, Bakı Limanı Çinin “Bir kəmər - bir yol” strategiyasında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycandan keçən Çin yüklərinin həcmi artmağa başlayıb.

T.Ziyadov Çin şirkətlərini Bakı Limanında ofis açaraq fəaliyyət göstərməyə dəvət edib.