logo

Tehran-Bakı aviareysi ləğv edilib

11:49 02-02-2019 | icon 2688
Tehran-Bakı aviareysi ləğv edilib

Fevralın 2-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda  məlumat yerləşdirilib. Qeyd edilib ki, “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 14:10-da “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Mahan Air”in yerli vaxtla saat 15:20-də Bakıdan Tehrana “W5 1131” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.