logo

Hazırda dövriyyədə  2 milyon ədəd 200 manatlıq əsginas var

16:33 01-02-2019 | icon 3423
Hazırda dövriyyədə  2 milyon ədəd 200 manatlıq əsginas var

Hazırda 200 manatlıq əsginaslar ümumi pul dövriyyəsinin 5 faizini təşkil edir.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırda dövriyyədə 2 milyon ədəd 200 manatlıq əsginas var.

Elman Rüstəmov həmçinin qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının ötən il mayın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmi dekabr-yanvar aylarında təxminən 2 dəfə artıb.