logo

Ötən il qeyri-neft məhsullarının ixracında pomidor ilk sırada olub

15:15 01-02-2019 | icon 3381
Ötən il qeyri-neft məhsullarının ixracında pomidor ilk sırada olub

2018-ci ildə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidorun ixracı birinci yerdə qərarlaşıb.

YeniAvropa xəbər verir  ki,  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

“Belə ki, keçən il 177,4 milyon dollarlıq pomidor ixrac olunub. İxraca görə ilk üçlükdə 118 milyon dollarla qızıl və 114,5 milyon dollarla xurma qərarlaşıb”, - deyə o, bildirib.