Devalvasiya barədə danışmaq qeyri-ciddidir.
YeniAvropa xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Bütün proqnozlar makroiqtisadi sabitlik üzərində qurulub. Bu il makroiqtisadi sabitliyi təmin etmək üçün kifayət qədər resurs mövcuddur. Cari il makroiqtisadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Mərkəzi Bankın siyasəti aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası əsasında qurulub”, – deyə E.Rüstəmov qeyd edib.