Bu il Tatarıstanın "Beqişevo" beynəlxalq aeroportu Azərbaycana reyslər təşkil etməyi planlaşdırır.
YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, aeroport Antalyaya uçuşların sayını artırmaq, İstanbula mütəmadi reysi bərpa etmək, Azərbaycan və Özbəkistana reys açmaq niyyətindədir.
Uçuşları həyata keçirəcək aviaşirkət və reyslərin başlanması tarixi açıqlanmır.