logo

Jurnalistlər üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim təşkil ediləcək

19:09 31-01-2019 | icon 6146
Jurnalistlər üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim təşkil ediləcək

Fevralın 12-də Maliyyə Bazarlarına Nəzarət Palatası "VISA Inc." beynəlxalq kart təşkilatı ilə birgə kütləvi informasiya vasitələri nümayəndələri üçün "Rəqəmsal ödənişlər" mövzusunda təlim keçirəcək.

Palatadan YeniAvropa-ya bildirilib ki, təlimdə rəqəmsal ödəniş sistemləri, elektron ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödənişlərin iqtisadi təsiri, bu sahədə məhdudiyyətlər, müxtəlif ölkələrdə elektron ödənişlərin qəbul səviyyəsi, "nağdsız ödəniş" təcrübəsi, habelə "VISA Inc." beynəlxalq kart təşkilatı tərəfindən tətbiq olunan innovativ məhsul və xidmətlər haqqında məlumat veriləcək.

Təlimdə "VISA Inc." beynəlxalq kart təşkilatının Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika region ölkələri üzrə qlobal ictimai siyasət departamentinin rəqəmsal ödənişlər sahəsində eksperti Majeed Hujairin məruzəsi dinləniləcək. Təlim iştirakçılarına beynəlxalq sertifikat təqdim olunacaq.