Bu vaxtadək Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 570 milyon ABŞ dollarından çox investisiya qoyulub.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin investisiyanın böyük hissəsi əsasən qeyri-neft sektoruna yatırılıb.
Nazir müavini qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən 154 alman kapitallı şirkət müxtəlif layihələrə podratçı qismində qoşulub.