“Buta Airways” öz mobil əlavəsini təqdim edib. Aviaşirkətin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, “Android” əməliyyat sistemli bütün smartfonların (5.0 və daha yüksək versiyalar), həmçinin “iPhone (iOS 9.0 və daha yüksək versiyalar) smartfonlarının sahibləri “Buta Airways” rəsmi mobil əlavəsini yükləyə bilərlər. Əlavə Azərbaycan, rus və ingilis dillərində sadə və rahat istifadəçi interfeysi təqdim edir. Mobil əlavədə aviaşirkətin istənilən istiqamətinə aviabiletlər almaq, alınan aviabiletlərin bronunu idarə etmək və xidmətlər əlavə edərək, reysi qeydiyyatdan keçirmək və uçuş cədvəlini görmək mümkündür. Həmçinin əlavədə aviaşirkətin əsas qaydalarına dair məlumat və “Buta Airways”in aviareyslər yerinə yetirdiyi şəhərlər üzrə səyahət bələdçisi mövcuddur.
Mobil əlavə sərnişinlərə dəstək xidmətinə onlayn müraciəti nəzərdə tutur. Çağrı Mərkəzinə telefon ilə və ya “WhatsApp” vasitəsilə yazmaq, həmçinin əlavənin özündə onlayn müraciət xidməti ilə birbaşa müraciət etmək olar.
“iOS” üçün əlavəni “AppStore”da https://itunes.apple.com/gb/app/buta-airways/id1435152673?mt=8 link vasitəsilə yükləmək olar. “Android” üçün isə “Google Play”də https://play.google.com/store/apps/details?id=az.butaairways.app link vasitəsilə yükləmə həyata keçirmək mümkündür.
Əlavənin işi ilə bağlı bütün sualları, həmçinin əlavəni işləyib hazırlayan proqramçılara öz istəkləri “[email protected]” elektron poçt ünvanına göndərmək tövsiyə olunur.