Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 30 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.