logo

Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilir

11:09 31-01-2019 | icon 3220
Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilir

Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası öz işinə başlayıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunur.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov 2018-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi 61 faiz artdığını bildirib.

Nazir müavini qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən alman şirkətləri Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə podratçı qismində iştirak edirlər.

Xatırladaq ki, İşçi Qrupunun iclasları növbəlilik prinsipi ilə hər iki ölkədə təşkil edilir. Sonuncu - 7-ci iclas 2017-ci ilin noyabrında Berlində keçirilib.