logo

Azərbaycanla Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var-NATO-nun baş katibi 

23:13 17-03-2024 | icon 1547
Azərbaycanla Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var-NATO-nun baş katibi 

Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir.

YeniAvropa xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”, - deyən Baş katib qeyd edib ki, uzun illərin münaqişəsindən sonra Azərbaycan ilə Ermənistanın hazırda davamlı sülhə nail olmaq imkanı var.