logo

“Paris-2024”:Bu gün 3 paralimpiyaçımız mübarizəyə qoşulur

09:09 30-08-2024 | icon 1232
“Paris-2024”:Bu gün 3 paralimpiyaçımız mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha 3 paralimpiyaçısı “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə qoşulacaq.

YeniAvropa xəbər verir ki, əvvəlcə paraatıcı Kamran Zeynalov (P1 kateqoriyası) 10 metr məsafəyə atəşaçma yarışında qüvvəsini sınayacaq.

Daha sonra parataekvondoçu İmaməddin Xəlilov (K44 kateqoriyası) dayanq üzərinə çıxacaq. 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayacaq.

Son olaraq isə paraatlet Oloxan Musayev (F55 kateqoriyası) nüvə itələmə növündə məharətini göstərəcək.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.