logo

Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır

13:13 13-09-2024 | icon 1701
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sentyabrın 14-dən Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək.

AYNA-danYeniAvropa-ya bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.

Bərdə-Xankəndi reysi və Bərdə-Xocalı aralıq məntəqəsi reysi “biletim.az” portalına inteqrasiya olunub. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2.80 manat, Bərdə-Xocalı istiqamətində 2.50 manat təşkil edir.

Biletləri portal üzərindən onlayn qaydada əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin alınması mütləqdir.