logo

Ukraynalı həmyerlimiz  dünya çempionatında bürünc medal qazanıb

15:55 18-09-2024 | icon 371
Ukraynalı həmyerlimiz  dünya çempionatında bürünc medal qazanıb

Ukraynadan olan azərbaycanlı idmançı Aidə Kərimova İspaniyanın Pontevedra şəhərində keçirilən sərbəst güləş üzrə 20 yaşa qədər dünya çempionatında bürünc medal qazanıb.

YeniAvropa xəbər verir ki, o, Ukraynada bu səviyyədə nailiyyət qazanan ilk azərbaycanlıdır.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev Kiyevdə Aidə Kərimova ilə görüşərək onu azərbaycanlılar adından təbrik edib.

Qeyd edək ki, A. Kərimova bundan əvvəl Avropa çempionatında Ukraynanı təmsil edərək qızıl medal qazanıb. Ukraynanın əməkdar məşqçisi Ruslan Savloxovun rəhbərliyi altında hazırlaşan A.Kərimova əslən Azərbaycanın Yevlax rayonundandır və Ukraynanın Donetsk vilayətində doğulub boya-başa çatıb